Son sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun hərbi texnikasının və şəxsi heyətinin cəmləşdiyi ərazilərə 7 zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər saatlarında məlumat yayıb.
Mənbə yazır ki, Rusiyanın 8 kəşfiyyat xarakterli PUA-sı və 1 zenit-raket kompleksi məhv edilib.
Bundan başqa, raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsini, düşmənin silah və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, həmçinin atəş mövqeyində olan artilleriya bölməsini vurub.
Bizim.Media