Mayın 6-da ABŞ-də daimi yaşamaq imkanı yaradan “Greencard” lotereyasının nəticələri açıqlanıb.
Bizim.Media xəbər verir ki, nəticələr açıqlandıqdan sonra şirkətin rəsmi saytı çöküb.
Qeyd edək ki, “Greencard” üçün hər il oktyabr-noyabr ayında müraciətlər qəbul edilir, növbəti ilin may ayında nəticələr açıqlanır.
Milyonlarla insanın müraciət etdiyi lotereyada 55 min insanın qalib gəlmə şansı olur.
Bizim.Media