BMT-nin Malidəki missiyasının yeddi sülhməramlısı xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə missiyanın rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Məlumata görə, hadisə Duenza şəhərindən 34 km şimalda Afrika ölkəsinin mərkəzi hissəsində yola qoyulmuş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində baş verib.
Yaralılara lazımi tibbi yardım göstərilir. Sülhməramlıların kimliyi, o cümlədən milliyyətləri barədə məlumat verilmir.
Bizim.Media