İsveçrə Ukraynaya 20 ədəd minatəmizləmə maşını tədarük edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nazirlik İsveçrənin mexanikləşdirilmiş minatəmizləmə avadanlığı istehsalçısı "Global Clearance Solutions" ilə memorandum imzalayıb.
Razılaşma nəticəsində maşınlar bu il ərzində Ukraynaya veriləcək.
Bizim.Media