Etirazçılar Qarbağla bağlı sənədin imzalanmasından imtina etməyi tələb edirlər.
İrəvan polisi prezident Sarkisyanın iqamətgahına tərəf yürüş edən aksiya iştirakçılarını güc tətbiq edərək dağıdıb.
Nəşrin məlumatına görə, hal-hazırda Ermənistan prezidentinin iqamətgahı qarşısında çoxlu sayda polis qüvvələri cəmləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşları Baqramyan prospektinə buraxmırlar. Artıq 42 nəfərin həbs edildiyi bildirilir.
“Biz öz ölkəmizin sahibiyik”x9d vətəndaş təşkilatının təşkil etdiyi aksiyada yürüş iştirakçıları prezident Serj Sarkisyana bir sıra tələblər irəli sürüblər.
Onlar Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir sənədin imzalanmasından və ərazi güzəştlərindən imtina etməyi, eləcədə Dağlıq Qarabağda və ətraf ərazilərdə sülhməramlıların yerləşdirilməsinə icazə verməməyi tələb edirlər.
Aksiya iştirakçıları Ermənistan prezident administrasiyasından bu tələblərin yerinə yetiriləcəyi barədə rəsmi bəyanat istəyirlər.