Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərini “Kalibr” raketi ilə atəşə tutub.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığının spikeri Vladislav Nazarov bildirib.
Nəticədə 1 nəfər ölüb, biri uşaq olmaqla 23 nəfər yaralanıb. Zərbə nəticəsində bir fərdi yaşayış evi dağılıb, digərinə isə ziyan dəyib. Həmçinin çoxmərtəbəli yaşayış binasına və bir tarixi binaya xeyli ziyan dəyib.





Bizim.Media