Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 90 illiyi münasibətilə Moskva şəhərində keçirilən “ən yaxşı yol patrul xidməti əməkdaşı” adlı peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis kapitanı Emil İbrahimov müsabiqəyə dəvət olunmuş MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüb.

Müsabiqədə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Azərbaycandan olan yol polisi əməkdaşları iştirak ediblər.

Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Sınaqlar yol hərəkəti qaydaları üzrə test imtahanı, yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.

Bütün mərhələlər üzrə yüksək nəticə göstərən polis kapitanı Emil İbrahimov birinci yeri qazanaraq yarışın qalibi olub.

Qeyd edək ki, bu, Emil İbrahimovun nüfuzlu müsabiqədə ilk uğuru deyil. O, Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibətilə keçirilən beynəlxalq yarışda da MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülmüşdü. Qaliblərin təltifetmə mərasimində Rusiya Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Çexiyada təyyarə qəzaya uğradı - ÖLƏN VAR - VİDEO

Sobyanin: Bir həftə ərzində Moskva istiqamətində 1455 PUA uçub - VİDEO

Ancelina Coli yenidən Ukraynaya getdi - FOTO

Aydın Əzizov İsveçrədə gümüş medal qazandı

Nepalda daşqından sonra dağıntıların miqyası peyk görüntülərində - FOTO/VİDEO

Çin dağıdıcı daşqının görüntülərini sosial şəbəkələrdən silir

Azərbaycanda küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edildi - VİDEO

Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ

Lvov şəhərində mağazalarda ərzaq qıtlığı yaranıb? - VİDEO

Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var

279 sərnişinin olduğu bərə Şimali Kipr sahillərində batır - VİDEO

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Ukraynaya atılan reaktiv “Şahed”lərin sayı bir ay ərzində 2 500-ə çatıb

24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı

Məkkə paktının ilk iclası bu tarixdə İstanbulda keçiriləcək

Türkiyədə 13 kvadratmetr sahəsi olan ev tikildi – qiyməti 18,6 min dollar - VİDEO

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO

Rüfət Abdullazadədən İsraildə möhtəşəm qol - VİDEO

Keçmiş “Vaqner” döyüşçüləri Nigerdə qiyamın yatırılmasına kömək edib? - VİDEO

End of content

No more pages to load

RADİO