Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Azərbaycan Basketbol Federasiyası (ABF) 2026/2027 mövsümü üzrə Azərbaycan Basketbol Liqasının (ABL) yarış formatını, iştirak şərtlərini və əsas normativ dəyişiklikləri açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABF-dən məlumat verilib.

Yeni mövsümə 2026-cı il oktyabrın 3-də start veriləcək. 8 komanda 3 dövrədən ibarət müntəzəm çempionatda, ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa yarımfinala vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutan komandalar isə "Play-In" mərhələsində iştirak edəcəklər.

Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət seriya formatında keçiriləcək.

Yarımfinal seriyasında ən tez üç qələbə qazanan komanda finala yüksələcək. Final seriyasında da ən tez üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının çempionu elan olunacaq.
 

Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar isə daha yüksək pillədə qərarlaşmış klubun meydanında keçiriləcək "Play-Out" oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsüm üçün ABL-də iştirak hüququnu qoruyacaq.
2025/2026 mövsümünün yekununa əsasən, yeni mövsümdə "Sabah", "Landau Lions", "Gəncə", "Neftçi" İK, "Şəki", "Naxçıvan", "Ordu" və NTD klubları iştirak hüququ qazanıblar.


Bu komandalardan hər hansı biri iştirak üçün tələb olunan sənədləri təqdim etmədiyi və ya ABL Əsasnaməsində (2026/2027) müəyyən edilmiş inzibati və idman tələblərinə cavab vermədiyi halda, ABF ötən mövsümü 9–12-ci yerlərdə başa vurmuş klublar arasında dəvət prosesinə başlayacaq.

Yeni mövsümdə də ABL oyunları əvvəlki mövsümdə olduğu kimi "4+1" qaydası ilə keçiriləcək.

Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı 1 yerli basketbolçunun iştirakını təmin etməlidir. Bununla yanaşı, ABL-də iştirak edən hər bir klub mövsüm başlamazdan əvvəl ABF-də ən azı 5 yerli basketbolçunu qeydiyyatdan keçirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edildi

Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edildi

Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ

"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ

Lvov şəhərində mağazalarda ərzaq qıtlığı yaranıb? - VİDEO

Lvov şəhərində mağazalarda ərzaq qıtlığı yaranıb? - VİDEO

Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var

Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var

279 sərnişinin olduğu bərə Şimali Kipr sahillərində batır - VİDEO

279 sərnişinin olduğu bərə Şimali Kipr sahillərində batır - VİDEO

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Ukraynaya atılan reaktiv “Şahed”lərin sayı bir ay ərzində 2 500-ə çatıb

Ukraynaya atılan reaktiv “Şahed”lərin sayı bir ay ərzində 2 500-ə çatıb

24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı

24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı

Məkkə paktının ilk iclası bu tarixdə İstanbulda keçiriləcək

Məkkə paktının ilk iclası bu tarixdə İstanbulda keçiriləcək

Türkiyədə 13 kvadratmetr sahəsi olan ev tikildi – qiyməti 18,6 min dollar - VİDEO

Türkiyədə 13 kvadratmetr sahəsi olan ev tikildi – qiyməti 18,6 min dollar - VİDEO

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO

Rüfət Abdullazadədən İsraildə möhtəşəm qol - VİDEO

Rüfət Abdullazadədən İsraildə möhtəşəm qol - VİDEO

Keçmiş “Vaqner” döyüşçüləri Nigerdə qiyamın yatırılmasına kömək edib? - VİDEO

Keçmiş “Vaqner” döyüşçüləri Nigerdə qiyamın yatırılmasına kömək edib? - VİDEO

Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı

Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı

Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir - VİDEO

Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir - VİDEO

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Avqustun son günündə hava necə olacaq?

Avqustun son günündə hava necə olacaq?

End of content

No more pages to load

RADİO