Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Ağyazı-Buduq kəndində qeydə alınıb.
Məlumata görə, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi gölə düşüb.
Qəza zamanı sürücü hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu