AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

Heyvanların daşınması ilə bağlı yeni tələblər yalnız ölkəyə idxal olunan heyvanlara aiddir, daxili daşınmalarda tətbiq edilmir.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, ölkə daxilində daşınmalarda istifadə olunan nəqliyyat vasitələri də heyvanların fizioloji tələbatlarına uyğun olmalıdır. Bu isə qiymətlərin bahalaşmasına və ya məhsullarla təminatın zəifləməsinə səbəb olacaq amil deyil.
 

Qalib Əbdüləliyev qeyd edib ki, son dövrlərdə ölkədə bioloji təhlükəsizliyin təmin olunması, xarici ölkələrdən keçə bilən xəstəliklərin qarşısının alınması məqsədilə sərhəd-baytarlıq nəzarəti tədbirləri gücləndirilib. Hazırda Gürcüstanla dövlət sərhədində, Qırmızı Körpü gömrük-sərhəd buraxılış məntəqəsinin ərazisində xüsusi baytarlıq nəzarət məntəqəsi fəaliyyət göstərir və gələcəkdə bu təcrübənin daha da genişləndirilməsi nəzərdə tutulur.


Onun sözlərinə görə, həmin məntəqədə heyvanlar baytarlıq müayinəsindən keçirilir, zərurət yarandıqda laborator analizlər aparılır, xəstə heyvanlar kənarlaşdırılır və digər müvafiq tədbirlər həyata keçirilir:

“Qeyd etmək istərdim ki, bəzi hallarda xəstəlik aşkar edildiyinə görə ölkəmizə gətirilən heyvanların mənşə ölkəsinə geri qaytarılması faktları da qeydə alınıb. Təklif olunur ki, heyvanların daşınması yalnız standart nəqliyyat vasitələrində həyata keçirilsin.

Onu da qeyd etmək yerinə düşər ki, bu təcrübə artıq tətbiq olunur və ölkəmizə idxal edilən heyvanların böyük əksəriyyəti standart nəqliyyat vasitələri ilə daşınır. Bununla belə, hələ də qismən uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə hallarına rast gəlinir.

Sahibkarları çətin vəziyyətdə qoymamaq və onların yeni tələblərə uyğunlaşmasına şərait yaratmaq məqsədilə bu ilin sonunadək hazırlıq dövrünün müəyyən edilməsi, növbəti ildən etibarən isə heyvanların yalnız standart nəqliyyat vasitələri ilə daşınmasının məcburi qaydada tətbiq olunması barədə qərar qəbul edilib”.
 

Qeyd edək ki, AQTA ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib.


Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edildi

Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edildi

Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ

"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ

Lvov şəhərində mağazalarda ərzaq qıtlığı yaranıb? - VİDEO

Lvov şəhərində mağazalarda ərzaq qıtlığı yaranıb? - VİDEO

Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var

Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var

279 sərnişinin olduğu bərə Şimali Kipr sahillərində batır - VİDEO

279 sərnişinin olduğu bərə Şimali Kipr sahillərində batır - VİDEO

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Ukraynaya atılan reaktiv “Şahed”lərin sayı bir ay ərzində 2 500-ə çatıb

Ukraynaya atılan reaktiv “Şahed”lərin sayı bir ay ərzində 2 500-ə çatıb

24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı

24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı

Məkkə paktının ilk iclası bu tarixdə İstanbulda keçiriləcək

Məkkə paktının ilk iclası bu tarixdə İstanbulda keçiriləcək

Türkiyədə 13 kvadratmetr sahəsi olan ev tikildi – qiyməti 18,6 min dollar - VİDEO

Türkiyədə 13 kvadratmetr sahəsi olan ev tikildi – qiyməti 18,6 min dollar - VİDEO

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO

Rüfət Abdullazadədən İsraildə möhtəşəm qol - VİDEO

Rüfət Abdullazadədən İsraildə möhtəşəm qol - VİDEO

Keçmiş “Vaqner” döyüşçüləri Nigerdə qiyamın yatırılmasına kömək edib? - VİDEO

Keçmiş “Vaqner” döyüşçüləri Nigerdə qiyamın yatırılmasına kömək edib? - VİDEO

Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı

Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı

Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir - VİDEO

Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir - VİDEO

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Avqustun son günündə hava necə olacaq?

Avqustun son günündə hava necə olacaq?

End of content

No more pages to load

RADİO