Erməni diasporu Qarabağla bağlı məqalə yazan ukraynalı jurnalisti təhdid edir - VİDEO

“Beynəlxalq jurnalistlərin Qarabağa gedib nəyin baş verdiyini görmək imkanları oldu. Artıq Azərbaycanın səsi dünyada eşidilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukraynanın UNIAN İnformasiya Agentliyinin direktoru Mixail Qannitski “Haber Global”a müsahibəsində deyib.

O xatırladıb ki, ermənilər Qarabağda hər şeyi, o cümlədən şəhərləri tamamilə dağıdıblar:

“Ərazilər minalanıb. Gəzmək belə, təhlükəlidir. Eyni zamanda ərazidə ümidi də gördük. Belə ki, hökumət yeni yollar çəkir. İnsanların Qarabağa geri qayıtmaları üçün yeni evlər inşa edilir”.

Jurnalist Qarabağla Ukraynanı müqayisə edib:

“Baxmut kimi şəhərlər tamamilə yox edilib. Baxmut müharibənin qaynar nöqtəsi olaraq qalır. Ruslar oradakı hər şeyi məhv etməyə çalışırlar. Eynisini Qarabağda da gördük. Erməni işğalçılar rusların dəstəyi ilə bunu elədilər. İki müharibə bir-birinə bənzəyir. Yüzlərlə mülki şəxsin öldürüldüyü Ağdamda faciənin izlərini gördük”.

M.Qannitski bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma işləri Ukrayna üçün modeldir:

“Azərbaycanın təcrübələrindən öyrənməliyik. Bu təcrübə bizimlə bölüşülməlidir. Çünki Azərbaycan bunu çox yaxşı şəkildə həyata keçirdi. Nəticələri indidən görə bilirik. Qarabağ və Ukraynadakı işğalın oxşar tərəfləri kimi, fərqli yanları da var. Dünya 30 il ərzində Azərbaycanın haqlı səsini eşitmədi və erməni işğalı ilə bağlı “sinifdə qaldı”. Bu məsələdə erməni diasporunun da rolu var”.

UNIAN-ın direktoru vurğulayıb ki, 30 il əvvəl müharibənin görüntülərini dünyanın dörd tərəfində yaymaq mümkün deyildi:

“30 il əvvəl pis adamların pis işlər görməsi və bunun üstünü örtmələri mümkün idi. Bütün sənədləri yox edib dünyaya yalan danışırdılar. Hücumlarını gizlədə bilirdilər. Ermənilərin dünyanın dörd bir tərəfində böyük diasporu var. Ona görə də təsir gücünə sahibdirlər, öz fikirlərini yaya bilirlər, hətta lazım olanda yalanlarını da yaya bilirlər. Ruslar da bunu bizə eləmək istəyirlər”.

Jurnalist söyləyib ki, Qarabağ və Ukraynada baş verənləri müqayisə etdiyi məqaləsi erməni diasporunu narahat edib:

“Ukrayna Ombudsmanı məqalə haqqında araşdırmalara başlandığını açıqlayıb. Amma mənə Ukrayna polisindən bildiriş gəlməyib. Fikrimcə, erməni diasporu ombudsmana təzyiq göstərib. Ombudsman da mənə hansısa məlumat vermədən belə bir addım atıb. Əgər polis, həqiqətən, nəyisə araşdırırsa, kömək etməyə hazırıq. Əgər polis mənə müraciət edərsə, əlimdəki bütün informasiyaları bölüşməyə hazıram”.

M.Qannitski xatırladıb ki, Azərbaycan Rusiya ilə müharibədə Ukraynanın müttəfiqidir:

“Ermənistan isə Rusiyanın müttəfiqidir. Ermənistan sanksiyalardan xilas olması üçün Rusiyaya yardım edir. Bunu bilirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

F-16 eniş zamanı alovlandı – VİDEO

F-16 eniş zamanı alovlandı – VİDEO

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi

Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi

Dənizin suyu isti olsa da, ÇİMƏRLİK HAVASI olmayacaq

Dənizin suyu isti olsa da, ÇİMƏRLİK HAVASI olmayacaq

AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu REALLAŞDIRDI

AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu REALLAŞDIRDI

İlham Əliyev "Yasəmən" hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

İlham Əliyev "Yasəmən" hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

Niyə quşlar bala verməyə tələsirlər? – Təbiətin qəribə harmoniyası

Niyə quşlar bala verməyə tələsirlər? – Təbiətin qəribə harmoniyası

Samirə aylar sonra qızına qovuşdu – Video

Samirə aylar sonra qızına qovuşdu – Video

4 ilə bu qədər dəyişdi– Fotolar

4 ilə bu qədər dəyişdi– Fotolar

İran ŞƏRTİNİ AÇIQLADI – Yalnız bu halda danışıqlar bərpa olunacaq

İran ŞƏRTİNİ AÇIQLADI – Yalnız bu halda danışıqlar bərpa olunacaq

Prezident Şuşanın Qarabağ küçəsində - FOTO

Prezident Şuşanın Qarabağ küçəsində - FOTO

Naxçıvanda avtomobil yolun ortasına yandı – FOTO/VİDEO

Naxçıvanda avtomobil yolun ortasına yandı – FOTO/VİDEO

Qlobal atmosfer "qazanı" qaynayır - Azərbaycana yeni hava zərbəsi gəlir

Qlobal atmosfer "qazanı" qaynayır - Azərbaycana yeni hava zərbəsi gəlir

Xaçmazda avtomobil GÖLƏ DÜŞDÜ – Ölən var

Xaçmazda avtomobil GÖLƏ DÜŞDÜ – Ölən var

Argentina ilə oyun öncəsi İsveçrədə CİDDİ İTKİ

Argentina ilə oyun öncəsi İsveçrədə CİDDİ İTKİ

İlham Əliyev “Sadıqcanın evi”nin bərpadan sonra açılışında – FOTO

İlham Əliyev “Sadıqcanın evi”nin bərpadan sonra açılışında – FOTO

Müctəba Xameneidən QİSAS VƏDİ

Müctəba Xameneidən QİSAS VƏDİ

End of content

No more pages to load

RADİO