Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Azərbaycanın Laçın yolunda yaratdığı nəzarət-buraxılış məntəqəsindən bərk narahat olub. Artıq son iki gündə ikinci dəfə bu hadisəyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Tvitterdə yazıb.
“Aİ Cənubi Qafqazda sülhü təşviq etməkdə davam edir” deyə o, qeyd edib.
Yeri gəlmişkən, deyəsən, Avropa İttifaqının diplomatiya rəhbərinin yaddaşı itib. Yoxsa eyni mövzuya ikinci dəfə münasibət bildirməzdi.
Ona isə rəsmi Bakının cavabı budur: "Laçın yolu Azərbaycanın suveren ərazisidir. Hansı hissəsində buraxılış məntəqəsi qurmaq onun öz daxili işidir".
Bizim.Media
