“BMT dünya təşkilatının Baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a nota verib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında məlumat verib.
“BMT-nin Baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq ev sahiblərinə bildirdik”, - deyə Dujarrik qeyd edib.
O bildirib ki, bu cür hərəkətlər BMT Nizamnaməsi, BMT-nin imtiyazları və prioritetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir.
Bizim.Media