Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi “Twitter” hesabında məlumat yayılıb.
"Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, azadlıq pərdəsi altında bu alçaq hücumlara icazə verilməsi qəbuledilməzdir. Bu məsələ ilə bağlı mövqeyimiz Danimarkanın Ankaradakı səfirinə çatdırılıb", - deyə Nazirlikdən verilən açıqlamada qeyd edilib.
Bizim.Media