Amerikalı milyarder, “Twitter”in sahibi İlon Maska məxsus “Tesla” Avropa və Asiyada elektrikli avtomobillərinin qiymətlərini yenidən aşağı salıb.
Bizim.Media xəbər verir ki, bununla avtomobil şirkəti yanvar ayında Çində başlatdığı qlobal endirim kampaniyasını genişləndirmiş olub.
Belə ki, şirkət Almaniyada “Model 3” və “Model Y” avtomobillərinin qiymətlərində 4,5 faizdən 9,8 faizədək endirim edib.
Bizim.Media