Kanada sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 19:54-də qeydə alınıb. Zəlzələnin episentri Port Makneyl kəndindən 211 kilometr aralıda və 11 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media