Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, B.Osmani bölgədə səfərdədir. O, aprelin 11-də Gürcüstanda, aprelin 12-də isə Azərbaycanda olub.
Bizim.Media