Türkiyədə mayın 14 də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Bu haqda xəbəri hakim Ədalət və İnkişaf Partiyasının Yüksək Seçki Şurasındakı nümayəndəsi Rəcəb Özəl sosial media hesabında paylaşıb.
Bizim.Media xəbər verir ki, Rəcəb Özəl “Prezident seçkilərində istifadə olunacaq seçki bülleteninin çap olunduğu yerdə YSK üzvlərimiz və siyasi partiya nümayəndələrimiz ilə birlikdə çap prosesində iştirak etdik” -deyə bildirib.
Bizim.Media