ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak Şimali İrlandiyanın paytaxtı Belfastda Belfast Sazişinin 25-ci ildönümü münasibətilə bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Sunak özünün “Twitter” hesabında məlumat verib.
O, paylaşımında ABŞ Prezidenti ilə görüşməkdən məmnun olduğunu bildirib:
“Mənim diqqətim burada və Böyük Britaniyada insanlar üçün daha yaxşı gələcək qurmaqdır”.

Bizim.Media