“Twitter”in sahibi amerikalı milyarder İlon Mask şirkəti satmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, Mask bu barədə BBC-yə açıqlaması zamanı məlumat verib.
Mask uyğun alıcı tapılacağı təqdirdə sosial media platformasını sata biləcəyini bildirib.
Həmçinin, “Twitter” rəhbəri sosial şəbəkədə maliyə problemlərinin olduğunu da açıqlayıb.
Bizim.Media