Xəbər verdiyimiz kimi, Ermənistan “Defender-2023” təlimləri əvəzinə ABŞ-ın Avropadakı Ordu Komandanlığının təşkil etdiyi 2 təlimdə iştirak edəcək. Bunlar KFOR (Kosovo Qüvvələri) və "Saber Junction"dur (Fusing Sword). Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.
Bizim.Media xəbər verir ki, mövzuya Rusiya Xarici İşlər Nazirliyi sərt münasibət bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı rəsmi açıqlama istəyir.
Bizim.Media