Tokio G7 (“Böyük Yeddilik”) çərçivəsində, eləcə də Kiyevin müttəfiqləri ilə geniş əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı sərt məhdudiyyətlər qoymağa və Ukraynaya yardım göstərməyə davam edəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Ukraynadakı vəziyyətə gəlincə, qanunun aliliyinə əsaslanan dünya nizamını qorumaq üçün Yaponiya G7-nin sədri və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi “yeddilik” ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa davam edərək Rusiyaya qarşı sərt tədbirlər görməyə davam edəcək və Ukraynaya yardımı gücləndirəcək”, - deyə Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib.
Bizim.Media