Türkiyədə fevralın 6-da baş verən və ölkənin bir neçə əyalətlərində ciddi fəsadlara səbəb olan zəlzələ nəticəsində evləri dağılan vətəndaşların bir qismi aprel ayında yeni mənzillərlə təmin ediləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum məlumat verib.
“Zəlzələ qurbanlarımız üçün tikilən ilk evləri Ramazan bayramında təhvil verəcəyik”, - deyə nazir qeyd edib.
Bizim.Media