Bu gün Türkiyənin ilk aviadaşıyıcısı “TCG Anadolu” suya buraxılıb.
Bizim.Media xəbər verir ki, gəminin Türk Silahlı Qüvvələrinin güclənməsində müstəsna rolu olacaq.
Rəsmi mərasimdə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin məqsədi artıq mərhələli şəkildə açıq dəniz donanması qurmaq və dəniz donanmasını robotlaşdırılmış döyüş imkanları ilə təchiz etməkdir. Ölkənin ilk təyyarə gəmisi “TCG Anadolu” isə məhz bu məqsədə nail olmağın çözüm yoludur.
“TCG Anadolu”nun gövdəsinə silahlı pilotsuz uçuş aparatları da enə biləcək. Bu da gəmini onlardan daha üstün xüsusiyyətlər ilə təmin edir.
Bizim.Media