Ukrayna prezidenti Petr Poroşenkodan Ukraynaya “Kiyevskaya Rus”x9d adının qaytarılmasını xahiş edirlər.
Moderator.az xəbər verir ki, elektron petisiya Ukrayna prezidentinin saytında dərc edilib.
“Ölkəmizə Kiyevskaya Rus tarixi adını qaytarmaq lazımdır ki, heç zaman müstəqil olmadığımızı deməsinlər”x9d, - petisiyanın mətnində deyilir.
Petisiya martın 30-da qeydiyyatdan keçirilib. Hazırda petisiyanı 37 nəfər imzalayıb.