Edam hökmü verilmiş milyarder haqda -Şok faktlar

Xəbər verdiyimiz kimi, İran dövlətini 2,8 milyard dollar ziyana saldığı iddia edilən azərbaycanlı iş adamı Babək Zəncani edam cəzasına məhkum edilib.

Azərbaycan mətbuatına bu ad 2013-cü ildən tanışdır. Babək Zəncani 2013-cü ilin dekabr ayında çirkli pulların yuyulması ittihamı ilə həbs olunmuşdu. Həmin vaxt Babək Zəncaninin və onun ortağı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın Türkiyə hökumətinin nazirləri ilə əlbir olaraq İranı maliyyə böhranından çıxardıqları bildirilirdi.

Moderator.az xəbər verir ki, “Yeni Müsavat”x9dın yazdığına görə, Zərrabın şəbəkəsi Türkiyə hökumətindəki nazirlərin köməyi ilə bir il ərzində İrana 100 milyard nağd dollar və avro keçiriblər ki, bu da İranı 2013-2014-cü illərdə gözləyən ağır maliyyə böhranından xilas edib.

İran məhkəməsinin böhran dövründə belə çətin bir əməliyyatı yerinə yetirən şəxsi nəyə görə edam cəzasına məhkum etməsinin səbəbi isə hələlik bəlli deyil. Rəsmi ittihama görə, Babək Zəncani İran dövlətinə 2,8 milyard dollar zərər vurub.

Hazırda iranlı gənc milyarder Babək Zəncaninin ölüm hökmünə məhkum edilməsi onun azərbaycanlı ortağı Rza Zərrabın yenidən gündəmə gəlməsinə səbəb olub. Türkiyə müxalifəti Ərdoğan hakimiyyətini Rza Zərrabın Zəncani ilə əlaqələrini araşdırmağa və Zərrabı cəzalandırmağa çağırıb.

Babək Zəncaninin kimliyi isə hər zaman maraq mövzusu olub. Bu yaşda necə milyoner olub, bu mərtəbəyə necə yüksəlib. Özü İranda nəşr olunan “Aseman”x9d adlı həftəlik jurnalda daha öncə tərcümeyi-halı barədə aşağıdakları deyib: “1974-cü ildə dünyaya gəlmişəm. İranda konservatoriyanı oxudum. 13 -14 yaşında ticarətə qoşuldum, zərgərlik və valyuta bürosu ilə məşğul oldum. Atam ”x9deBay"ın qurucularındandır. Ailəm varlı idi. Əsgərlikdə Mərkəzi Bankın sədri Mohsen Nourbahın sürücüsü işlədim. Hər gün 17 milyon dollar əlimdən keçirdi.

Nourbah öləndən sonra Türkiyəyə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollara satırdım. İranlı birinin yardımı ilə heç tanımadığım bir kişiyə 4 milyon dollarlıq mal göndərdim, pulumu ala bilmədim və müflisləşdim. “Evin”x9d həbsxanasına salındım. Orada türkcə öyrənməyə başladım. İki ildən sonra azadlığa çıxdım. Qeyri-qanuni yollarla Türkiyəyə girərək pulumun izinə düşdüm. İzmirə getdim. Bütün pullarımı geri aldım. Geri qayıdanda İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıldım və yenidən həbsxanaya düşdüm. 16 gün həbsdə qaldıqdan sonra pul müqabilində sərbəst buraxıldım. Daha sonra İzmirə getdim. Burada Böhran İdarəçiliyini oxudum, eyni zamanda idxal-ixrac biznesinə qoşuldum. Diş pastası, saqqız, ətir, şampun kimi ləvazimatları İrana göndərdim. Türkiyə pasportu aldım. Onlarla kiçik şirkət qurdum. İzmirdə çox böyük anbar kirayələdim, biznesim 150 milyon dollara yüksəldi.

İranda kosmetika fabrikası qurmaq istədim, lakin banklar icazə vermədilər. Mən də bir türkiyəli bankirlə tanış oldum. Ticarəti banklar vasitəsilə etməli olduğumu söylədi. Mənə bu işin yollarını, bankdan necə kredit götürə biləcəyimi izah etdi. Türkiyədəki şirkətlərimi böyütdüm, “Kont Kozmetik”x9d şirkətini qurdum. İnqilab Keşikçiləri Korpusuna məxsus “Ghadir”x9d adlı investisiya şirkəti 40 milyon dolları xaricə çıxarmağı təklif etdi. Mən də bir neçə gün ərzində bu işi həll etdim. İran hökuməti ilə iş görməyin yollarını öyrəndim. Türkiyədəki şirkətlərdən qazandığım pullarla Tacikistanda “Kont Bank”x9dı, daha sonra Malayziyada “Firs İslamic Bank”x9dı qurdum. Bu ilin aprel ayında ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində qara siyahıya salındım. Türkiyə pasportumu itirdim".

Babək Zəncani hazırda da İranın ən varlı adamı sayılır. Onun şəxsi kapitalının 14 milyard dollar olduğu bildirilir.

Hazırda onun biznes imperiyasına “Sorinet Group”x9d, “Rah Ahan”x9d futbol klubu, “Qeshem Airlines”x9d aviasiya kompaniyası ilə yanaşı, maliyyə, bank, inşaat materialları, tikinti sektoru, kosmetika, informasiya texnologiyası, daşınmaz əmlak və tankerlər da daxil olmaqla, 64 şirkət aiddir. Bu şirkətlər İrandan başqa Malayziya, Çin, BƏƏ, Tacikistan, Türkiyədə də fəaliyyət göstərirlər.

Zərrab isə İrana köçürdüyü və İrandan çıxardığı pulları B.Zəncaninin “Sorinet”x9d holdinqi vasitəsilə legitimləşdirib. Rza Zərrab hələ 2013-ü ildə İstanbul prokurorluğunda verdiyi ifadəsində də “müştərilərimdən birinin adı B.Z.Ö.-dür”x9d söyləmişdi.

Babək Zəncani Türkiyədəki “Onur Air”x9d aviaşirkətinin sahibidir. Bu aviaşirkət 2013-cü ilin martında 250 milyon dollara Dubayda yaşayan iranlı milyarder Məhdi Şəmsə satılmış, sonra da Şəms aviaşirkəti Babək Zəncaninin “Qeshm Airlines”x9d aviaşirkətinə satmışdı.

Bundan başqa, Babək Zəncani Türkiyədə “Ulusoy”x9d və “Varan”x9d avtobus şirkətlərinin səhmlərinin 50 faizini 100 milyon dollara satın alıb. Rza Zərrab və Babək Zəncani Təbrizdə tanış olublar. Türkiyədə saxlanan, ULS aviaşirkətinə məxsus yük təyyarəsindəki 1208 kiloqram qızılın da əsl sahibi Babək Zəncani idi. Həmin qızıllar tutulanda Rza Zərrab Türkiyədəki nazirlərə milyonlarla dollar rüşvət vermiş, “malı xilas edərək”x9d Dubaya göndərə bilmişdi. Sənədlərdə qızıl “çınqıl”x9d kimi rəsmiləşdirilib.

Həmin “xilasetmə”x9d əməliyyatından sonra Babək Zəncani Rza Zərraba zəng vuraraq demişdi: “Afərin, qardaşım! Sən artıq böyüdün. Rahat işləyə bilərəm”x9d.

Edam
Edam
Edam
Edam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

Xalq artistinin qızı evləndi – VİDEO

Xalq artistinin qızı evləndi – VİDEO

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

“Hamıya dedim ki, Gülay səhnəyə oradan-buradan düşməyəcək” - EKSKLÜZİV/VİDEO

“Hamıya dedim ki, Gülay səhnəyə oradan-buradan düşməyəcək” - EKSKLÜZİV/VİDEO

End of content

No more pages to load

RADİO