Kiyevə əlavə sursatla dəstək verməyə razılaşan Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını təcili şəkildə ödəmək üçün yollar axtarır.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg”ə müzakirələrdən xəbərdar mənbələr bildiriblər.
Məlumata görə, Aİ bu il Kiyev üçün lazım olan 155 mm-lik mərmiləri çatdırmaqda çətinlik çəkib.
Qeyd edilib ki, bundan əvvəl Kiyev 2023-cü ildə bir milyon mərmi lazım olacağını bildirmişdi.
Bizim.Media