İran-İsrail qarşıdurması - Hədələr balansı

İran-İsrail ziddiyyətləri pik həddə çatmaq üzrədir. Nüvə silahı üçün 90%-lik zənginləşdirilmiş uran tələb olunursa İranda bu göstərici artıq 84%-ə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində yer alıb.

“İsrailin fikrincə, vəziyyət dəyişməsə 2023-cü ilin sonuna İranın 10 ədəd nüvə bombası hazırlamaq imkanı olacaq. 

Hədələr balansı – qüvvələr disbalansı 

Globalfirepower indeksinə görə İran dünya ölkələri içərisində qüdrətinə görə 17-ci, İsrail isə 18-ci yerdə qərarlaşır. İndeks bütün ölkələri kəmiyyət meyarı üzrə müqayisə edib, tərəflərin malik olduqları hərbi texnikanın keyfiyyətini, ordunun döyüş qabiliyyətini, siyasi rəhbərlik və sabitlik səviyyəsini, kəşfiyyat orqanlarının peşəkarlığını, müttəfiqlərin və nüvə silahının olmasını nəzərə almır. Kəmiyyət meyarı üzrə İran qismən üstün olsa da digər ölçülərdə İsrail İranı xeyli qabaqlayır. Bu hədələr balansı tərəflər arasında zəruri çəkindirmə amilini yaradıb, genişmiqyaslı/uzunmüddətli müharibənin qarşısını alır. İranın nüvə silahı əldə etməsi isə bu kövrək tarazlığı pozub, müharibə ehtimalını artırır.

Nüvə təhlükəsi

Nobel mükafatçısı T.Şellinq Soyuq müharibə zamanı nüvə müharibəsinin qaçılmazlığını bu formada izah edirdi:

- Biz müharibə istəmirik, müharibəni ruslar da istəmir
- Biz bilirik ki, ruslar müharibə istəmir, ruslar da bilir ki, biz müharibə istəmirik
- Amma ola bilsin ki, ruslar bilmir ki, biz onların müharibə istəmədiklərini bilirik
- Ona görə də onlar elə hesab edə bilərlər ki, biz müharibə edə bilərik
- Bunu düşünüb, onlar birinci olmağı qərarlaşdıra bilərlər;
- Buna görə də sağ qalmağın yeganə yolu Sovetlərə birinci zərbə endirməkdir. 

Nüvə müharibəsinin niyə baş verməməsi ayrı bir tədqiqat mövzusu olsa da, Şellinqin alqoritmində məntiqi/riyazi xəta yoxdur. Bu o deməkdir ki, alqoritmi İran-İsrail nümunəsində yenidən nəzərdən keçirtmək olar: İranın nüvə silahı əldə etməsi → genişmiqyaslı müharibəyə → tərəflərin (hətta istəmədikləri şəraitdə belə) qarşılıqlı nüvə zərbələri endirməsinə səbəb ola bilər.

ABŞ-İsrail ittifaqı

ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini K.Kala görə 2018-ci ildə İrana bir nüvə bombası hazırlamaq üçün minimum 12 ay vaxt lazım idi. İndi bu göstərici 12 günə qədər azalmışdır. ABŞ-ın Konqres Araşdırmalar Mərkəzinin 2020-ci il hesabatına əsasən, ABŞ-ın İranın 9 qonşu ölkəsində (Türkiyədə 2,5 min, Suriyada 800 nəfər, İraqda 5 min, Küveytdə 13 min, Səudiyyə Ərəbistanında 3 min, Bəhreində 7 min, Qətərdə 10 min, BƏƏ-də 5 min, Omanda 100 nəfər) hərbi bazaları vardır. Bu yaxınlarda ABŞ və İsrail hərbi dəniz qüvvələri birgə miqyaslı hərbi təlimlər keçirmişlər. Ardınca isə İsrailə ABŞ-ın müdafiə naziri L.Ostin və baş qərargah rəisi M.Milley səfər etmişlər. 

Geosiyasi fəsadlar 

6 martda SEPAH Mossad-ın guya İran ətrafında (Azərbaycan, İraq, BƏƏ) yaratdığı bazalara ballistik raket zərbələri endirəcəyini əks etdirən video paylaşdı. İttihamlar əsassız olsa da, İranın hədəf aldığı bütün ölkələr enerji ixrac edən dövlətlərdir. İranın bu ölkələrə zərbə endirməsi enerji resurslarının qiymətini kəskin artıra bilər. Enerji resurslarına qiymətlərin kəskin artması Qərbdə inflyasiya göstəricilərini yüksəldib, ölkələri iqtisadi böhrana düçar edəcək. Bu Ukraynaya edilən yardımların həcm və intensivliyinə mənfi təsir göstərib, Rusiyaya qarşı tədbiq edilən sanksiyaların effektivliyini aşağı salacaq. Xatırladaq ki, 2022-ci ilin əvvəllərində Rusiya yüksək neft-qaz qiymətləri sayəsində sanskiayların mənfi təsirini xeyli məhdudlaşdıra bilmişdi. Müharibənin ilk aylarında isə Rusiyanın 2022-ci ili $205 mlrd. (Goldman Sachs), $200-240 mlrd. (İİF), $321 mlrd. (Bloomberg) profisitlə yekunlaşdıracağına dair proqnozlar da var idi.

Nəticə 

İsrailin baş naziri B.Netanyahu İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün əlindən gələni edəcəyini bildirir. İsrail bu məsələdə ABŞ-ın güclü dəstəyinə ümid etsə də, İrana qarşı müharibənin geosiyasi/iqtisadi fəsadları Vaşinqtonu ehtiyatlı olmağa vadar edir. Bununla belə hadisələrin inkişafı + İsrailin İraq (1981) və Suriyadakı (2007) davranışı dinamikanın kəskin eskalasiyaya doğru hərəkət etdiyindən xəbər verir”, deyə Mərkəz qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Zelenski baş naziri işdən çıxardacaq

Zelenski baş naziri işdən çıxardacaq

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Qətərdə 4 günlük matəm elan edildi

Qətərdə 4 günlük matəm elan edildi

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

End of content

No more pages to load

RADİO