Blinkeni Mərkəzi Asiyaya GƏTİRƏN SƏBƏB – Görüşlərdə Azərbaycanla bağlı nə müzakirə edilib?

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinkenin Mərkəzi Asiya ölkələrinə səfəri baş tutub. Ağ Ev rəsmisi regionun iki böyük ölkəsi olan Qazaxıstan və Özbəkistan rəsmiləri ilə müzakirələrdə iştirak edib. Blinken eyni zamanda Qazaxıstanda “C5+1” ölkələrinin xarici işlər naziri ilə konfransda da müzakirələr aparıb.

Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda Blinkenin Mərkəzi Asiyaya səfəri olduqca kritik önəm kəsb etməkdədir. 

Xüsusilə də, ona görə ki, Mərkəzi Asiya dünyanın üç böyük gücü olan ABŞ, Rusiya və Çin arasında nüfuz mübarizəsinin ən ciddi formada təzahür etdiyi regionlardan biridir.

Blinkenin səfərinə gəlincə...

İstər qazaxıstanlı həmkarı, istərsə də Özbəkistan Prezidenti ilə görüşdə Blinken daha çox iki məqamı qabardıb:

- Rusiya təhdidi fonunda regionun təhlükəsizliyinin önəmi.

Özbəkistan səfərində də bu məsələyə toxunulsa da, daha çox Qazaxıstan XİN rəhbəri ilə görüşə Blinken Rusiya təhlükəsindən bəhs edib. ABŞ rəsmisi Qazaxıstanın milli təhlükəsizliyinin təmin edilməsi üçün ölkəsinin əlindən gələn yardımları əsirgəməyəcəyini vurğulayıb. Muxtar Tileuberdi isə təbii olaraq, ölkəsinin balanslı siyasət qurmasından söz açaraq, Rusiyadan hər hansı təhdidlərin olmadığını qeyd edib.

- Regionda ticarətin şaxələndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı.

Hər nə qədər regionda Rusiyanın siyasi, Çinin isə gün keçdikcə artan iqtisadi təsirlərindən geniş bəhs edilsə də, ABŞ-ın da regionda önəmli investisiyalarının olduğunu unutmaq olmaz. Məsələn, ABŞ Qazaxıstan iqtisadiyyatının ən böyük investorlarından biridir. ABŞ şirkətlərinin bu ölkədə 62 milyard dollarlıq investisiyası var.

Eyni zamanda, region ölkələri ilə iqtisadi əməkdaşlığın inkişafı da Ağ Ev üçün böyük önəm kəsb edir. Çünki Çin uzun müddətdir ki, gözünü bu regiona dikib. ABŞ-ın isə bu cür strateji bölgəni diqqətdən kənar qoyması, gələcək perspektivdə bütün Qərb dünyası üçün ciddi nəticələrə səbəb ola bilərdi. Bunu nəzərə alan ABŞ, Rusiyanın başının Ukraynaya qarışmasından da maksimum yararlanaraq regiondakı manevr imkanlarını genişləndirməyə çalışır. Və Blinken Özbəkistanda jurnalistlərə açıqlamasında ticarətin şaxələndirilməsi üçün ilk etapda 25 milyon dollar ayıracaqlarının anonsunu verdi.

Digər tərəfdən, Özbəkistan Energetika Nazirliyinin martın 1-də işə salınması nəzərdə tutulan Rusiya-Qazaxıstan-Özbəkistan qaz kəmərində təchizata start verilməsini qeyri-müəyyən müddətə qədər təxirə salması da Blinkenin səfəri fonunda təsadüfi qarşılanmamalıdır.

Dünya ticarətinin yeni arteriyası 

Əksər siyasi şərhçilərin qənaətincə, Mərkəzi Asiya və Cənubi Qafqazda geosiyasi maraqların toqquşması ticarət yollarının şaxələndirilməsi və onlara nəzarətin təmin edilməsi məqsədi daşıyır. Xüsusilə də, Rusiyadan yan keçməklə Çin və Avropanı birləşdirən yeni marşrutlar axtarışı isə toqquşmanın şiddətini daha da artırır. Bu məsələdə istər Çin, istərsə də Qərb dünyası üçün Mərkəzi Asiyanın önəmi böyükdür. Ələxsus da, ona görə ki, Çin-Avropa bağlantısı üçün ən qısa yol məhz Orta Asiyadan keçir.

Burada Azərbaycanın rolunu da xüsusi qeyd etməkdə fayda var. Çünki Mərkəzi Asiyadan keçən yolların növbəti dayanacağı məhz Azərbaycandır. Deməli, Orta Asiyada ticarətin şaxələndirilməsindən, region ölkələrindən sonra ən böyük faydanı Azərbaycan götürəcək.
Zəngəzur dəhlizinin reallaşmasından sonra isə, bu marşrut Gürcüstan üzərindən alternativdən 360 km daha qısa olacaq. Bir sözlə, Azərbaycanın nəqliyyat habına çevrilməsinə gedən yol məhz Mərkəzi Asiyadan keçir...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Berlində terror aktı törədən şəxs əməliyyat zamanı öldürüldü

Berlində terror aktı törədən şəxs əməliyyat zamanı öldürüldü

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

End of content

No more pages to load

RADİO