Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Malatyanın Yeşilyurt rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Bizim.Media