Fevralın 24-də Taliban hökumətinin baş prokuroru Şəmsəddin Şəriəti İrana səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilib ki, o, İranda həbsdə olan əfqanistanlıların durumunu həmçinin onların ölkələrinə köçürülməsini müzakirə etmək üçün Tehrana gedib.
Qeyd edək ki, hazırda İran həbsxanalarında minlərlə əfqanistanlı saxlanılır və son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.
İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Bizim.Media
