Könüllülərimiz Türkiyənin 4 bölgəsində sakinlərə xidmət edir – FOTO 

Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş, Hatay, Adıyaman ilə yanaşı, ilk dəfə Malatya şəhərində də yerli sakinlərə xidmət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Gənclər Fondunun məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, artıq 10 gündən çoxdur təbii fəlakət bölgələrindəki çadır şəhərciklərində çalışan könüllü gənclərimiz minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edir.

Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanması işini icra edir, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırır və digər dəstəkverici xidmətlər göstərirlər.

Könüllülər həmçinin ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Eyni zamanda, gündəlik olaraq Azərbaycan gəncləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə uşaqlar üçün çadırların quraşdırılmasını təmin edir.

Belə ki, ötən gün Malatyada çadırlar qurularaq, ana-uşaq dəstək mərkəzi kimi istifadəyə verilib.

Bununla yanaşı, azərbaycanlı könüllülər tərəfindən təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti də göstərilir, uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər növ fəaliyyətlər təşkil olunur.
 

Belə ki, ötən gün ilk dəfə uşaq mərkəzlərinin birində uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün şərait yaradılıb.

Həmçinin qeyd edək ki, könüllülərimizin növbəti qrupu ötən gün qardaş ölkənin zəlzələdən zərər çəkmiş bölgələrinə yola düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik”

Prezident: “Bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik”

İlham Əliyev: “Qonaqlar Qarabağın yenidən qurulmasını görürlər”

İlham Əliyev: “Qonaqlar Qarabağın yenidən qurulmasını görürlər”

Avro və rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro və rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Finlandiya Rusiyadan gələcək müharibə təhlükəsinə hazırlaşır – FOTO

Finlandiya Rusiyadan gələcək müharibə təhlükəsinə hazırlaşır – FOTO

Musiqi qrupu təyyarə qəzasında həlak oldu

Musiqi qrupu təyyarə qəzasında həlak oldu

İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumuna gəldi – VİDEO

İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumuna gəldi – VİDEO

Araq verilmədiyi üçün sahibkarın qohumunu bıçaqladı

Araq verilmədiyi üçün sahibkarın qohumunu bıçaqladı

Dünya bazarlarında neft bahalaşdı

Dünya bazarlarında neft bahalaşdı

Valideynin xəbəri olmadan kartdan ödəniş edən UŞAQLAR – Pulu geri almaq mümkündür?

Valideynin xəbəri olmadan kartdan ödəniş edən UŞAQLAR – Pulu geri almaq mümkündür?

Füzulidə minalanmış ərazidəki yanğına əlavə qüvvə cəlb edildi

Füzulidə minalanmış ərazidəki yanğına əlavə qüvvə cəlb edildi

“Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” – Video

“Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” – Video

Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq!

Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq!

İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu keçirilir - CANLI

İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu keçirilir - CANLI

İrandan hücumlara CAVAB – ABŞ bazaları belə vuruldu – ANBAAN VİDEO

İrandan hücumlara CAVAB – ABŞ bazaları belə vuruldu – ANBAAN VİDEO

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu – FOTO

Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu – FOTO

ABŞ-dan yeni HÜCUM DALĞASI – İranın 13 şəhərinə zərbələr endirildi – VİDEO

ABŞ-dan yeni HÜCUM DALĞASI – İranın 13 şəhərinə zərbələr endirildi – VİDEO

Senatorun ölümü ilə bağlı araşdırma başladı

Senatorun ölümü ilə bağlı araşdırma başladı

Kəlbəcərdə çaya düşən azyaşlı ilə bağlı yeni TƏFƏRRÜAT

Kəlbəcərdə çaya düşən azyaşlı ilə bağlı yeni TƏFƏRRÜAT

Bu gün IV Şuşa Qlobal Media Forumu BAŞLAYIR - VİDEO

Bu gün IV Şuşa Qlobal Media Forumu BAŞLAYIR - VİDEO

Sumıda hava zərbəsi nəticəsində yaralananların sayı 43-ə çatdı - FOTO

Sumıda hava zərbəsi nəticəsində yaralananların sayı 43-ə çatdı - FOTO

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

Sikorski: Putinin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putinin Polşaya hücum etmək gücü yoxdur

End of content

No more pages to load

RADİO