Türkiyənin Kayseri şəhərinin Dəvəli rayonunun icra başçısı Mehmet Tunc Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Kahramanmaraşda fəaliyyət göstərən mobil səhra hospitallarına gəlib.
Bizim.Media Report-a istinadən xəbər verir ki, o, hospitallarda yaradılan şəraitlə tanış olub.
FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov M.Tunca hospitallarda yaradılan şəraitlə bağlı məlumat verib.
Daha sonra icra başçısı hospitallarda müayinə olunan xəsarətlərin son durumu ilə maraqlanıb.
Bizim.Media