Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev cəzaçəkmə müəssisəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı informasiya Telegram kanallarında yer alıb.
Mənbə xatırladır ki, Atambayev 2020-ci ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə hesab edib ki, o, 2013-cü ildə kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz olaraq azad edilməsində əli olub.
Qeyd edək ki, Almazbek Atambayev həbsdən buraxıldıqdan sonra müalicəyə gedib.
Bizim.Media