Qaziantepin təbii fəlakətdən böyük zərər görən Nurdağı rayonu tamamilə sökülərək yenidən tikiləcək.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Şırnak valisi Osman Bilgin məlumat verib.
Bilgin qeyd edib ki, ərazidə axtarış-xilasetmə işləri hələ də davam edir:
“Bütün qruplarımız əl-ələ verir. Onların hər birinin böyük əməyi var. Nurdağında son 8 mənzildə dağıntılar altından axtarış-xilasetmə işləri aparılır. Türkiyənin birliyi və bütövlüyü olduğu müddətcə bu fəlakətlərin qarşısını alacağıq. İnsanların icazəsi ilə bunu ən qısa zamanda Nurdağını yenidən tikəcəyik”.
Bizim.Media