Türkiyədə 77 ölkədən olan 9 400 xilasedici zəlzələnin dağıntılarının təmizlənməsi ilə məşğuldur.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında məlumat verib.
"Biz 99 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Fevralın 13-nə olan məlumata görə, dağıntı zonasında 77 ölkədən 9 401 mütəxəssis işləyir. Daha 747 xilasedici yoldadır. Onlar rotasiya əsasında işləyirlər", - deyə nazir qeyd edib.
Bizim.Media