Adını gizli saxlayan Pakistan vətəndaşı Türkiyə və Suriyada zəlzələnin nəticələrini aradan qaldırmağa yardım etmək məqsədilə 30 milyon dollar ianə edib.
Bizim.Media xəbər verir ki, o, ianəni Türkiyənin ABŞ-dakı səfirliyinə təqdim edib.
Həmin şəxslə bağlı Pakistanın Baş naziri Şahbaz Şərif də özünün "Twitter" hesabında fikirlərini bölüşüb. Şərif həmin şəxsə təşəkkür edərək, onu bu davranışına görə təqdir etdiyini bildirib.

Bizim.Media