Türkiyənin Malatya şəhərində zəlzələ zamanı uçan binalarla bağlı 31 nəfər saxlanılıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları şəhərdə yeraltı təkanlar nəticəsində dağılan binalarla bağlı araşdırma aparır.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılmışdı.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələdən sonra 29605 nəfər ölüb. 147 934 nəfər isə yaralanıb.
Bizim.Media