Çin Prezidenti Si Tsinpin Yaxın Şərq səfəri çərçivəsində İrana gedib.
xa0
Moderator.az xəbər verir ki, dünən axşam paytaxt Tehrana gedən Çin lideri bu gün iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
xa0
Səfər çərçivəsində iki ölkə arasında 18 əməkdaşlıq protokolu imzalanacağı gözlənilir.
xa0
Aralarında 3 baş nazir müavini və 6 nazirin olduğu böyük nümayəndə heyəti ilə Tehrana gələn Tsinpin 14 illik fasilədən sonra İranı ziyarət edən ilk Çin dövlət başçısı olub.