ABŞ Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyaları növbəti dəfə genişləndirib.
Bizim.Media gazeta.ru-ya istinadən xəbər verir ki, “Vaqner” qrupu ilə bağlı şirkətlər və şəxslərə, habelə gəmi təmiri müəssisələrinə də məhdudiyyətlər tətbiq olunacaq.
Belə ki, ABŞ Maliyyə Nazirliyi “Vaqner”i transmilli cinayətkar təşkilat elan etməyə də qərar verib.
Bundan əlavə Maliyyə Nazirliyinin yenilənmiş sanksiyalar siyahısına Rusiya baş nazirinin müavini, ölkənin sənaye və ticarət naziri Denis Manturov, Tatarıstan rəhbəri Rüstəm Minnixanov və iş adamı Sergey Adoniyev daxil edilib.
Bizim.Media