Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, Dnepr, Zaporojye, Xarkov, Nikolayev ərazilərində hava hücumu xəbərdarlığı edilib.
Bizim.Media “Ukrayna seyças”a istinadən xəbər verir ki, Nikolayev Regional Dövlət Administrasiyasının sədri Vitali Kim cənubdan hərəkət edən “Şahed” PUA-larının üç qrupu barədə məlumat verib.
Vətəndaşlardan ən yaxın sığınacağa getmələri istənilib.
Qeyd edək ki, bu gün Ukraynanın Xerson şəhərində partlayış baş verib. Ukrayna rəsmiləri şəhərə Rusiyanın raket atdığını bildirib.
Bizim.Media