Norveç Ukraynaya tank tədarük edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram məlumat verib.
“İndi tanklar çox populyarlaşıb. Hökumət Ukraynaya tankların bağışlanmasını dəstəkləyir. Norveç də bu işə qarışmalıdır”, - deyə nazir bildirib.
O, həmçinin Ukrayna əsgərlərinə təlim keçəcəyini və ölkəyə maliyyə göndərəcəyini vəd edib.
Qeyd edək ki, nazir ağır zirehli silahların sayı barədə açıqlama verməyib.
Bizim.Media