Finlandiya Türkiyəyə silah ixracına lisenziya verib.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, ixrac icazəsi Finlandiyanın “Miilux” polad şirkətinə verilib.
Bildirilib ki, bu şirkət Türkiyəyə hərbi texnika üçün 12 min ton zireh tədarük etmək niyyətindədir.
Qeyd edək ki, sözügedən lisensiya 2019-cu ildən etibarən ilk icazə hesab edilir.
Bizim.Media