NATO Baş katibi Yens Stoltenberq ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski rəsmi "Twitter" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Ukraynanı dəstəkləmək üçün tərəfdaşların daha sıx koordinasiyası, xüsusən də tank koalisiyasının genişləndirilməsi və keyfiyyətcə yeni silah növlərinin Ukraynaya göndərilməsini müzakirə ediblər:
"Biz, həmçinin NATO-ya üzvlük üçün lazımi addımlar barədə danışdıq”.
NATO Baş katibi Stoltenberq isə qeyd edib ki, lazım olduğu müddətdə hərbi alyansın müttəfiqləri Ukraynaya yardımı davam etdirəcək.

Bizim.Media