Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Bizim.Media “Sky News”a istinadən xəbər verir ki, telefon danışığı zamanı Şolts Ukraynaya silah göndərməyi dəstəklədiyini bildirib.
Şolts həmçinin müharibənin böyüməsindən narahat olduğunu qeyd edib:
“Qarşımızda duran çətinliklərin səbəbi Ukraynaya qarşı dəhşətli işğalçılıq müharibəsidir. Bu, Avropada razılaşdırdığımız prinsiplərin şübhə altına alındığı dəhşətli müharibədir”.
Bizim.Media