Azərbaycandan BMT-yə kəskin etiraz: BMT Əhali Fondunun ölkə ofisinin rəhbəri Prezident Administrasiyasına çağırıldı

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı ofisinin rəhbəri bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dəvət olunub və ona təşkilat tərəfindən yanvarın 24-də Laçın yolundakı vəziyyətə dair verilmiş qərəzli, həqiqətə uyğun olmayan bəyanatla bağlı narahatlıq çatdırılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Azərbaycan tərəfi vurğulayıb ki, ərazilərimizin işğal altında olduğu vaxtlarda müxtəlif BMT təşkilatları Azərbaycanın qaldırdığı legitim məsələlərə cavab olaraq “Biz humanitar təşkilatlarıq, siyasi məsələlərə qarışmırıq” deyib yaxalarını kənara çəkirdilər.

Lakin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra indi eyni təşkilatlar nədənsə humanitar təşkilat olduqlarını unuduraq siyasi məsələlərlə məşğul olurlar. Bu xüsusda mandatı cinsi və reproduktiv sağlamlıq, doğum kimi məsələlərdən ibarət olan UNFPA-nın belə “siyasi fəallığı” anlaşılmaz və qəbuledilməzdir.

Daha bir məlumata görə, Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə BMT missiyasının göndərilməsi, eləcə də müxtəlif BMT təşkilatlarının humanitar yardım göstərməsi istiqamətində cəhdlərini artırıb. Məlum olub ki, bəzi BMT təşkilatları Azərbaycan tərəfi ilə heç məsləhətləşmədən hətta bu istiqamətdə müzakirələr aparırlar.

Bu xüsusda UNFPA-nın Azərbaycandakı ofisinin rəhbərinin nəzərinə çatdırılıb ki, Ermənistan və onun havadarları ölkəmizə qarşı həyata keçirdikləri çirkin qarayaxma kampaniyasında BMT-ni siyasi alətə çevirməyə çalışırlar. Ermənistan və onun havadarlarının məqsədi humanitar ad altında Azərbaycanın suveren ərazilərinə daxil olmaq və orada siyasi oyunbazlıqla məşğul olmaqdır. BMT isə öz növbəsində bu kimi çirkin oyunların qurbanına çevrilməməli, öz müstəqilliyini, qərəzsizliyini qorumalı və ölkələrə münasibətdə nümayiş etdirdiyi ikili standartlara və selektiv yanaşmaya son qoymalıdır.

Azərbaycan tərəfi vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə BMT-nin heç bir rolunu görmür və suveren ərazilərimizə BMT missiyasının göndərilməsinə və ya müxtəlif təşkilatların humanitar yardım adı altında fəaliyyətinə imkan verməyəcək.
Məlumata görə, UNFPA rəsmisi Azərbaycanın narahatlığının aidiyyəti üzrə çatdırılacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir”

Prezident: “Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir”

İlham Əliyevdən Makrona TƏBRİK MƏKTUBU

İlham Əliyevdən Makrona TƏBRİK MƏKTUBU

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Gəncədə evdə qadın meyiti tapıldı

Gəncədə evdə qadın meyiti tapıldı

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO