Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib.
Bizim.Media xəbər verir ki, “Rossiya 1” telekanalının efirində canlı yayımlanan “Kto protiv” siyasi tok-şousunda erməni əsilli “ekspert” Araik Stepanyan Azərbaycan əleyhinə təxribatçı ifadələrə yol verib.
Belə ki, o, Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərdiyini və onlardan xilas olmaq istədiyini iddia edib.
Özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib.
Bizim.Media