Məşhur serbiyalı rejissor Emir Kusturitsa, COVID-19 infeksiyasına qarşı Rusiya istehsalı olan peyvənd oldu.
Bizim.Media xəbər verir ki, bu barədə “Rossotrudnichestvo”a nəşri məlumat verilib.
“İlk peyvəndimi etdim, növbətisi 17-də olacaq”-, deyə o, Facebookda qeyd edib.
Rejissor həmçinin əksər serblərin rus peyvəndinin effektivliyinə daha çox inandıqlarını da yazıb:
“Serblər rus peyvəndinin daha effektiv olacağına inanır. Bu peyvənd bizim üçün çox vacibdir”.
Vüsalə Balayeva, Bizim.Media