Rusiyanın onlayn ticarət platforması Ozon, Wildberries-dən fərqli olaraq, Krımla bağlı məsələdə əvvəlcədən daha ehtiyatlı mövqe tutub.
Bizim.Media xəbər verir ki, bir istifadəçi xidmətin Krıma məhsul çatdırıb-çatdırmadığını soruşduqda, Ozon-un dəstək xidməti bildirib ki, şirkət Rusiya ərazisindən kənara çatdırılma həyata keçirmir.
Bununla da platforma çatdırılma məhdudiyyətini Rusiya hüdudları ilə əlaqələndirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın digər böyük onlayn ticarət platforması Wildberries-in anbarlarından birində baş verən yanğın geniş müzakirələrə səbəb olmuşdu.
Bizim.Media