İtaliyanın xarici işlər naziri Antonio Tayani Sofiyada İtaliyadan gələn yeniyetmələ yəhudilərə qarşı baş verən hücumu və təhdidləri pisləyib.
Bizim.Media xəbər verir ki, Tayani hadisə ilə bağlı onlarla həmrəy olduğunu bildirib.
"Antisemitizmin növbəti təzahürü olan bu hadisəni qətiyyətlə pisləyirəm. Bu, mübarizə aparılmalı olan bir şərdir. Nifrət və ayrı-seçkiliyin bütün formaları aradan qaldırılmalıdır", – deyə İtaliya XİN rəhbəri qeyd edib.
Məlumata görə, hadisə Sofiyadakı otellərdən birində baş verib. Skinxed qrupunun üzvləri Romadan və Milandan gələn yəhudi yeniyetmələrin və onları müşayiət edən müəllimlərin qaldığı otelin girişini bağlamağa cəhd göstəriblər.
Bizim.Media